Almaniya Kubokunun finalı iyulun 4-ü keçiriləcək
2020-05-12 10:07
Almaniya Futbol İttifaqı Almaniya Kubokunun 2019/20 mövsümünün koronavirus pandemiyası səbəbiylə təxirə salınan oyunlarının keçiriləcəyi tarixləri açıqlayıb. Almaniya Kubokunun yarımfinal mərhələləri iyunun 9-u və 10-u, final mərhələsi isə iyulun 4-ü keçiriləcək. Yarımfinal mərhələlərində "Bavariya" - "Ayntraxt" və "Saarbrüken" - "Bayer" oyunları baş tutacaq.
Fərid Mehdiyev