Almaniya Bundesliqasında 7-ci turun mərkəzi görüşü Dortmund Borussiyası ilə Bavariya arasında keçirilib

2020-11-08 10:06

Almaniya Bundesliqasında 7-ci turun mərkəzi görüşü Dortmund Borussiyası ilə Bavariya arasında keçirilib. Siqnal İduna Parkda təşkil olunan qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Hesabı 45-ci dəqiqədə meydan sahiblərindən Marko Roys açıb. Lakin ilk yarının 4-cü uzatma dəqiqəsində David Alaba bərabərliyi təmin edib. İkinci hissəyə Bavariya qolla başlayıb. 48-ci dəqiqədə Robert Levandovski fərqlənib. 80-ci dəqiqədə Leroy Sane fərqi artırıb. Bundan 3 dəqiqə sonra Erlinq Holann Borussiyanın təsəlli qolunu vurub. Bu qələbə sayəsində Bavariya 18 xalla vahid liderə çevrilib. Borussiya Dortmund isə 15 xalla 2-ci yerdə qərarlaşıb.

Fərid Mehdiyev

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik