Canlı
Alman pilot Sebastian Fettel Braziliya Qran-prisinin qalibi olub

"Formula-1" avtomobil yarışları üzrə "Ferrari" komandasının alman pilotu Sebastian Fettel Braziliya Qran-prisinin qalibi olub. Fettelin göstərdiyi yekun nəticə 1 saat 31 dəqiqə 26 saniyə təşkil edib. Yarışda ikinci yeri "Mercedes"in finlandiyalı pilotu Valteri Bottas, üçüncü yeri isə Fettelin komanda yoldaşı Kimi Raykonen tutub.

Ruhəngiz Hacıyeva