Ağdamın dağıntıdan dirçəlişə keçidi, həmçinin Qarabağdakı dini irsin bərpası diqqət mərkəzindədir. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanın zəfəri İslam dünyasının zəfəridir. Ağdam Cümə məscidi Qarabağdakı digər ibadət yerlərindən fərqli olaraq, həm də “şəhid məscidi”dir.İşğal dövründə məscidlərə qarşı təhqir və dağıntılar müsəlman dünyasının dəstəyi olmadan baş verib. Hazırda isə Qarabağda məscidlər bərpa olunur, yeni ibadət yerləri inşa edilir. Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarındakı xüsusi nümayəndəsi Emin Hüseynov isə bildirib ki, vaxtilə “Qafqazın Hiroşiması” kimi xarakterizə olunan Ağdam bu gün sülhün, təhlükəsizliyin və gələcəyə inamın rəmzinə çevrilir. Ağdam Cümə məscidi şəhərin və Qarabağın mühüm simvollarından biridir. Yusifcanlı kənd məscidinin, eləcə də İmarət Tarix-Memarlıq Muzeyi Kompleksinin bərpası da dini və mədəni irsin qorunmasına nümunədir.
16 sentyabr 2026

