Ali və orta ixtisas təhsili müəssisələrinə qeydiyyat müddəti uzadılıb
2020-10-12 17:06
Əsas və əlavə yerləşdirmə nəticəsində ali təhsil müəssisələrinə, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunan abituriyentlərin qeydiyyat müddəti oktyabrın 14-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən bildirilib ki, abituriyentlər 14 oktyabr saat 17-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Nərgiz Camal