Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına növbəti qəbul imtahanı keçirəcək
2021-05-26 12:12
DİM mayın 29-da ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına növbəti qəbul imtahanı keçirəcək. İmtahan Gəncə də daxil olmaqla respublikanın 6 şəhər və rayonunda təşkil olunacaq. İmtahan bütün binalarda saat 11-də başlayıb, 3 saat davam edəcək. 10:45-dən gec gələn iştirakçılar binaya buraxılmayacaq.
Vüsalə camal