Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başa çatır
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və 11 illik orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Abituriyentlər ixtisas seçim ərizəsi formasında ali təhsil müəssisələrinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər.
Azad Mustafayev