Ali məktəblərin boş qalan yerlərinə və kolleclərə ixtisas seçiminin vaxtı uzadılıb
2020-09-30 10:03
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta təhsil bazasında kolleclərə qəbul olmaq üçün ixtisas seçiminin müddəti 2 oktyabr saat 23:59-dək uzadılıb. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, buna səbəb cəbhə bölgəsində baş verən hadisələrlə əlaqədar müəyyən bölgələr üzrə internetin verilməsi məhdudlaşdırılmasıdır.
Vəfa Şairova