Ali məktəblərdə imtahanlar əyani keçiriləcək
2021-12-13 14:00
Təhsil naziri Emin Əmrullayev ali və orta ixtisas təhsili müəssisələrində 2021-2022-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili ilə bağlı əmr imzalayıb. Əmrə əsasən, imtahan sessiyası 3 yanvardan əyani formada təşkil ediləcək. Ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasını mövcud normativ sənədlər əsasında təşkil etməli, təhsil müəssisələrində imtahan qərargahı yaratmalı və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməlidirlər.
Fərid Mehdiyev