Canlı
Ali məktəblərə qəbulda ən yüksək nəticələr göstərmiş tələbələrə Prezident təqaüdü təyin olunub

Prezident İlham Əliyev Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında Sərəncam imzalayıb. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 1,5 milyon manat ayrılıb. Dövlət başçısının daha bir sərəncamı ilə 2017/2018-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə 102 nəfərə Prezident təqaüdü verilib.

Fərid Mehdiyev