Ali məktəblərə müsabiqədənkənar qəbulla bağlı şərtlər açıqlanıb

2019-07-10 12:05

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulla bağlı şərtləri açıqlayıb. Beynəlxalq və respublika fənn olimpiadasının qalibi tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün bu hüquqa malikdir. Sənədlərinin həqiqiliyi təsdiqlənən şəxslər 15-30 iyulda DİM-ə və ya onun regional bölmələrinə müraciət edərək qəbul olmaq istədikləri ixtisasın kodunu yazılı şəkildə bildirməlidirlər.

Vəfa Şairova