Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlanıb
2020-09-23 16:04
Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olanlar artıq ixtisas seçimi ediblər. Bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara qəbul olunub. Respublika fənn olimpiadasının qalibi olan 10 nəfər isə müvafiq fənnə aid seçə biləcəyi ixtisaslara müsabiqədənkənar qəbul olmaqdan imtina edib və qəbul imtahanından topladıqları bal əsasında müsabiqədə iştirak edəcək.
Vüsalə Camal