Canlı
Ali məktəb prorektorları attestasiyadan keçiriləcək

2017-12-06 / 10:23

Ali məktəb prorektorlarının attestasiyasının keçirilməsi yalnız Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinə şamil ediləcək. Bunu Trend-ə Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov bildirib. Prorektorların attestasiyasının keçirilməsi hələlik yalnız layihədir. Reallaşarkən təhsil müəssisəsində ideoloji işlə bağlı fəaliyyət göstərənlər istisna olmaqla, təsərrüfat, tədris, elm, tərbiyə işləri üzrə prorektorlar attestasiyadan keçiriləcək.

Vəfa Şairova