Ali Məhkəmə: Xüsusi statusla mənzillə təminat yalnız bir dəfə mümkündür
Azərbaycan Respublikasının Ali Məhkəməsi mənzillə təminatla bağlı vahid məhkəmə təcrübəsini müəyyən edib. Qərara əsasən, xüsusi kateqoriyadan olan şəxslər dövlət hesabına yalnız bir dəfə mənzillə təmin oluna bilər. Məhkəmə bildirib ki, əgər şəxs və ya ailə üzvü artıq bu əsasla mənzil alıbsa, yenidən təminat tələbi qanunvericiliyə uyğun sayılmır.Qeyd edək ki, qərar müharibə əlilinin təkrar mənzil tələbi ilə bağlı iş üzrə qəbul olunub və kassasiya şikayəti təmin edilib.
22 aprel 2026

