Alen Simonyan: Dəvət alsam, Azərbaycana gedərəm
Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycana səfərə hazır olduğunu bildirib.Ermənistan mediası xəbər verir ki, A.Simyonyan dəvət alacağı və münasib şərait yaranacağı halda Bakıya gəlməyə hazırdır.O, eyni zamanda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanı İrəvana səfərə dəvət edib.
06 may 2026

