Aleksandr Səmədov karyerasını bitirə bilər

2019-05-15/ 17:56

Samaranın “Krılya Sovetov” komandasında çıxış edən Aleksandr Səmədov peşəkar karyerasını mövsümün sonunda bitirə bilər. Bu barədə futbolçunun özü məlumat verib. Rusiya milli komandasının sabiq futbolçusu hazırkı klubu ilə mövsüm sonunda bitəcək olan müqaviləsini uzadacağını bilmədiyini deyib. 34 yaşlı futbolçu ötən il Rusiyada keçirilən Dünya Çempionatından sonra milli komandadakı karyerasını başa vurub.

Vüsalə Camal