Aleksandr Lukaşenko: “Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq”
Dövlət başçılarının mətbuata birgə bəyanatında Belarus Prezidenti Aleksandr Lukaşenko azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazır olduqlarını bildirib. Bunu aqrar torpaqlarda Belarus təcrübəsi üzrə edə biləcəklərini vurğulayıb. "Aqroşəhərciklər və bütün infrastrukturu yaratmağa, iş yerləri açmağa, yəni, komplekslər tikməyə, həmçinin fermer təsərrüfatları yaratmağa hazırıq”, - deyə Prezident Lukaşenko əlavə edib.
Azad Mustafayev