Albaniyanın Baş naziri İlham Əliyevi təbrik edib
Albaniyanın Baş naziri Edi Rama Prezident İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə təbrik edib.
“Əziz dostum İlham Əliyevə dost Azərbaycanın şəksiz lideri olmasının bir daha təsdiqlənməsi münasibətilə səmimi təbriklərimi çatdırıram. Çalışqan xalqı olan Azərbaycan sevimli ölkədir və onun rəhbərliyi ilə daha da irəliləyəcək. Tezliklə Bakıda Albaniyanın yeni səfirliyinin açılışında iştirak etməyi səbirsizliklə gözləyirəm”, - deyə Edi Rama “X” sosial şəbəkə hesabındakı paylaşımında qeyd edib.
Fərid Mehdiyev