Albaniyalı hakimlər Bakıda "Qarabağ"ın oyununu idarə edəcək
Bakıda "Qarabağ" və İsveçin "Hakken" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur matçının təyinatları bəlli olub. Qarşılaşma Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Dekabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” görüşü saat 21:45-də başlayacaq. Azərbaycan çempionu 7 xalla H qrupunda 2-ci pillədə qərarlaşıb. “Hakken”in isə hesabında xal yoxdur.
Fərid Mehdiyev