Alban-Udi xristian dini icmasının üzvləri Ağoğlan monastırını ziyarət ediblər
Alban-Udi xristian dini icması üzvlərinin Laçın rayonunda yerləşən Ağoğlan monastırına səfərləri başlayıb. Qafqaz Albaniyasının mədəni-dini irsini yaşadan Alban-Udi xristian dini icmasının üzvləri rayondakı V-VI əsrlərə aid Ağoğlan monastır kompleksini ziyarət ediblər.Dini icmanın üzvləri Ağoğlan monastırını ziyarət ediblər, dini ayinləri yerinə yetiriblər, şamlar yandırıblar, Azərbaycanda və dünyada daimi sülhün bərqərar olunması üçün dualar ediblər.
06 oktyabr 2026

