Azərbaycan Alban-Udi Xristian Dini İcması diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura, o cümlədən Gəncəsər və Xudavəng məbədlərinə səfərinə Ermənistanda verilən reaksiyanı qınayıb.İcma Ermənistanda aparılan kampaniyanı revanşist xarakterli və tarixi həqiqətlərin təhrifinə yönəlmiş hesab edir. Bəyanatda Gəncəsər və Xudavəngin Qafqaz Albaniyasının tarixi irsinə aid abidələr olduğu bildirilib.İcma Azərbaycanın Alban irsinin qorunması və bərpası istiqamətində gördüyü işləri də vurğulayıb. Bildirilib ki, Kişdəki Yelisey məbədi, eləcə də Nicdəki Çotari və Məryəm ana kilsələri bərpa edilərək dövlət mühafizəsinə götürülüb. Alban-Udi icması Qarabağdakı Gəncəsər, Ağoğlan, Xudavəng və Amaras məbədlərinə yenidən səfər etməyi planlaşdırır.
18 sentyabr 2026

