Aksiz markasız külli miqdarda siqareti satmaq istəyən şəxslər saxlanılıblar
Tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər - Salyan sakini Fəxrəddin Ağamalıyev və Biləsuvar sakini Ülvi Əmirlinin ifşa edilib. Bu barədə Baş Prokurorluq və Dövlət Gömrük Komitəsi birgə məlumat yayıb. Qabaqcadan əlbir olan həmin şəxslər 39 adda və 61 mindən çox qutudan ibarət tütün məmulatlarını aksiz markası ilə markalanmadan qanunsuz yolla əldə edib satış məqsədilə yaşayış ünvanlarında saxlayıblar.
Nərgiz Camalzadə