Aksiz markası ilə markalanmayan xeyli sayda tütün məmulatları aşkarlanıb
Gömrük əməkdaşları tərəfindən Bakının Pirallahı rayonunda “Ford” markalı nəqliyyat vasitəsində gizlədilmiş Azərbaycanın aksiz markası ilə markalanmayan 267 806 manat dəyərində 837600 ədəd müxtəlif növ tütün məmulatları aşkar edilib. Faktla bağlı cinayət işi başlanıb. 3 nəfər şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Vüsalə Cənnətova