Ailəsinin beş üzvünü qətlə yetirən şəxsin məhkəməsi olub
Bakıda ailəsinin beş üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısının qərar ilə onun ixtisaslaşmış tibb müəssisəsinə göndərilməsi tövsiyə edilib. Əhməd törətdiyi əməli etiraf edib, lakin ifadə verməkdən imtina edib. Növbəti məhkəmə prosesi 23 iyula təyin olunub.
Fərid Mehdiyev