Ailə faciəsi: Ana öldürüldü, ata və gəlin yaralandı
Salyanın Sarvan kəndində ailənin oğlu anasını, atasını və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinir. Nəticədə ana - 1971-ci il təvəllüdlü İsmayılova Çiçək Musa qızı aldığı xəsarətlərdən ölüb, digər iki yaralı xəstəxanaya yerləşdirilib.Yaralıların 1966-cı il təvəllüdlü İsmayılov Ağabala Ramazan oğlu və onun gəlini, 1988-ci il təvəllüdlü İsmayılova Təranə Bahadır qızı olduğu bildirilir.Hadisənin başvermə səbəbi hələlik məlum deyil.Hadisəni törətməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Pərvin İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.Faktla bağlı araşdırma aparılır.
27 oktyabr 2026

