Ailə üzvlərini öldürən Əhməd Əhmədovla bağlı təkrar ekspertiza keçirilib
Ailəsinin 5 nəfər üzvünü qəsdən öldürməkdə təqsirləndirilən Əhməd Əhmədov təkrar məhkəmə-psixiatrik ekspertizasından keçirilib. Rəyə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. Baş Prokurorluqdan bildirilib ki, şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi üzrə icraatın başlanması haqqında qərar qəbul olunub.
Vüsalə Cənnətova