Aİ Orta Dəhlizin inkişafına 12 milyard avro ayıracaq
Avropa İttifaqı Orta Dəhlizin inkişafına 12 milyard avroyadək dövlət və özəl investisiya cəlb etməyi planlaşdırır.Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib ki, layihə Cənubi Qafqaz və Mərkəzi Asiyanı Avropa bazarı ilə birbaşa birləşdirəcək.Onun sözlərinə görə, məqsəd marşrutları şaxələndirmək, ticarət axınlarını üç dəfə artırmaq və 2030-cu ilədək yüklərin tranzit müddətini əhəmiyyətli dərəcədə azaltmaqdır.Fon der Lyayen layihənin reallaşdırılması ilə bağlı regional sammit keçiriləcəyini də açıqlayıb.
16 sentyabr 2026

