Aİ-nin “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur
Avropa İttifaqının “ermənidən çox erməni olmaq” siyasəti istehza doğurur. Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda Avropa İttifaqının 2024-cü ildə BMT-də prioritetləri ilə bağlı qəbul etdiyi sənəddə “Qarabağ ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi” ifadəsinin yer almasının ikrah hissi yaratdığı qeyd edilir. Bunun müqabilində Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdış hüququna toxunulmaması ikili standartların təzahürü kimi dəyərləndirilib.
Fərid Mehdiyev