Canlı
Aİ İtaliyanın ATƏT-dəki öhdəliyini yüksək qiymətləndirib

2018-01-13 / 12:04

Avropa İttifaqı İtaliyanın həlli uzanmış münaqişələrin, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud formatlar vasitəsi ilə həllinə yönəlmiş ATƏT-in səylərinin gücləndirilməsi üzrə öhdəliyini yüksək qiymətləndirir. Bu barədə Aİ-nin ATƏT-dəki daimi nümayəndəliyinin bəyanatında vurğulanıb. Bəyanatda qeyd edilir ki, ATƏT ərazisindəki həlli uzanmış münaqişələr diqqət mərkəzində qalmaqda davam edir.

Vəfa Şairova