Aİ ilə azad olunmuş ərazilərin bərpasında əməkdaşlıq müzakirə olunub
2021-02-07 14:05
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının qonşuluq siyasəti və genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi ilə görüşüb. Avropa İttifaqının təklif etdiyi maliyyə alətləri, qarşılıqlı ticarətin genişləndirilməsi, investisiyalar və işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq məsələləri müzakirə edilib. Bu barədə nazir özünün tvitter səhifəsində yazıb.
Nərgiz camal