Aİ Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanı göndərir
Avropa İttifaqı Ermənistan-Azərbaycan sərhədinə növbəti missiyanı göndərməyə razılıq verib. Qurumun XİN rəhbərlərinin iclasında qəbul edilən qərara görə, missiyanın məqsədi "Ermənistanın sərhədyanı ərazilərində sabitliyə töhfə vermək, yerlərdə inam yaratmaq və Ermənistanla Azərbaycan arasında normallaşma səyləri üçün əlverişli mühiti təmin etməkdir".