Aİ Dağlıq Qarabağda humanitar yardımın göstərilməsinə hazırdır
2020-12-19 10:00
Ötən gün Brüsseldə Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclası keçirilib. İclasda xarici işlər naziri Ceyhun Bayramov Aİ-nın xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Boreli Vətən Müharibəsi, Ermənistan tərəfindən törədilən hərbi cinayətlər barədə m lumatlandırıb. Bölgədə ehtiyacı olan insanlara humanitar yardımın göstərilməsinin vacibliyini və bu xüsusda Aİ-nin yardım göstərməyə hazırlığı qeyd edilib. Tərəflər Aİ və Azərbaycan arasındakı əməkdaşlıq münasibətləri və bu xüsusda əldə olunan nailiyyətlər ətrafında fikir mübadiləsi aparıb.
Nərgiz Camal