Aİ azad edilmiş ərazilərin minalardan təmizlənməsində Azərbaycanı dəstəkləyəcək
Avropa İttifaqı azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası sahəsində Azərbaycanı dəstəkləməyə davam edəcək.Bunu Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Xankəndidə deyib.Aİ Azərbaycanı etibarlı tərəfdaş hesab edir və sülh gündəliyi, regional əməkdaşlıq, bərpa və minatəmizləmə sahələrində müxtəlif proqramları dəstəkləyir.Qrono Azərbaycanla Ermənistan arasında sülh prosesində sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələri, ticarət və insanlar arasında təmaslar istiqamətində praktiki addımların atıldığını qeyd edib.Bu proseslər sülh müqaviləsinin yekun imzalanması üçün lazımi şərait yaradacaq.Maqdalena Qrono Azərbaycandan sonra Ermənistana səfər edəcəyini açıqlayıb.
11 sentyabr 2026

