Aİ Şurasının Prezidenti: 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin sammitini gözləyirik

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Bakıda Prezident İlham Əliyevlə mətbuata bəyanatı zamanı bildirib ki, 2028-ci ildə Azərbaycanda Avropa Siyasi Birliyinin sammitinin keçirilməsi gözlənilir. Koşta Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb.O, həmçinin Azərbaycan və Ermənistan arasında sülh prosesində əldə olunan irəliləyişi yüksək qiymətləndirib və Avropa İttifaqının bu prosesi dəstəklədiyini bildirib.Görüşdə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi qeyd olunub, ölkənin hazırda 10 Avropa dövlətinə qaz ixrac etdiyi bildirilib. Tərəflər nəqliyyat, logistika və Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Bununla da Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana rəsmi səfəri başa çatıb.

12 mart 2026

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik