Afrika və Çexiyadan olan jurnalistlər Gəncədə erməni terrorunun izləri ilə tanış olublar
Cənubi Afrika Respublikası və Çexiyadan olan jurnalistlər Gəncə şəhərinə səfər ediblər. Jurnalistlər Qələbə parkında, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncənin raket atəşinə tutulması nəticəsində dağılan əraziləri ziyarət edib, günahsız mülki insanlara qarşı həyata keçirilmiş hərbi cinayətlərin nəticələri ilə yerində tanış olublar.