AFP Azərbaycan istehkamçılarının Qarabağın minalardan təmizlənməsində rolundan bəhs edib
Qarabağ və ətraf rayonlar dünyada minalarla ən çox çirklənmiş ərazilər sırasındadır.“France Presse” (AFP) agentliyi Azərbaycanın Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndindən hazırladığı reportajda işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsindən bəhs edib.Reportajda minaaxtaran Əfsanə Bayramovanın Rokki adlı iti ilə birlikdə keçmiş cəbhə xəttində mina və partlamamış hərbi sursatların axtarışı ilə məşğul olduğu qeyd olunub.Agentlik vurğulayıb ki, minaaxtaranların fəaliyyəti keçmiş məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz qayıdışı üçün şərait yaradılmasına xidmət edir.
12 noyabr 2026

