"Afinadakı görüşdə qələbə qazanmaq istəyirik" - Qurban Qurbanov
"Matçda futbolçuların üzərinə çox böyük məsuliyyət və güc düşəcək". "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Olimpiakos"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyunu üçün Yunanıstana səfər öncəsi jurnalistlərə açıqlamasında belə deyib. 50 yaşlı mütəxəssis Afinadakı görüşdə qələbə qazanmaq istədiklərini bildirib: "Amma hər şeyi nəzərə almaq lazımdır. Daha diqqətli və istəkli olmağa çalışacağıq. Yunanıstana yaxşı oyun göstərmək üçün gedirik. Komandada da hər şey qaydasındadır" - deyə Q.Qurbanov qeyd edib. "Olimpiakos" - "Qarabağ" görüşü oktyabrın 6-sı Bakı vaxtı ilə saat 23-də başlayacaq.