AFFA rəsmisi Çempionlar Liqasının oyununa təyinat alıb
2021-11-18 14:12
AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb. Avstriyalı funksioner UEFA Çempionlar Liqasında qrup mərhələsinin “Şerif” – “Real Madrid” oyununun hakim-inspektoru olacaq. Görüş noyabrın 25-də Tiraspol şəhərindəki “Şerif” stadionda keçiriləcək.
Vüsalə camal