AFFA premyer liqaya yüksəlmək üçün şərtləri açıqlayıb
2021-02-03 14:00
Azərbayca Premyer Liqasında oynamaq üçün iki əsas şərt var. AFFA-nın sözçüsü Firuz Abdullanın sözlərinə görə, bunun üçün birinci divzionda əsas liqaya yüksəlməyə imkan verən yerlərdən birini tutmaq lazımdır. İkincisi isə lisenziya şərtlərini yerinə yetirmək tələb olunur. Bu tələblərə cavab verən komandalar Premyer Liqada çıxış edə bilərlər. 2022/2023 mövsümündən Premyer Liqada 10 komanda olacaq.
Nərgiz camal