AFFA Kəpəzi cəzalandırıb
MOİK – “Kəpəz” oyununda gəncəli futbolçu Mahir Həsənov qeyri-idman hərəkətinə görə bir oyunda ikinci xəbərdarlıq almaqla qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. “Kəpəz”in məşqçisi Orxan Verdiyev isə hakimlərə qarşı təhqiredici sözlər işlətdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 5 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.