AFFA klubları cərimələdi
Premyer Liqanın VII turunun "Neftçi" - "Sabah" oyununda azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Neftçi" komandası 5 000 manat cərimə edilib.Bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.Görüşdə 4 futbolçusu sarı vərəqə aldığı üçün "Sabah" komandası 700 manat cəriməyə məruz qalıb."Araz-Naxçıvan" - "Kəpəz" matçında hesab tablosu işləmədiyinə görə "Araz-Naxçıvan" 2 000, "İmişli" - "Qarabağ" oyunu bitdikdən sonra meydana kənar şəxslər daxil olduğuna görə isə "İmişli" klubu 2 500 manat cərimələnib.
13 oktyabr 2026

