AFFA İntizam Komitəsi 4 klubu cərimələyib
Misli Premyer Liqasının IV turunun oyunlarında futbolçuları sarı vərəqə limitini pozan 4 klubu AFFA İntizam Komitəsi ümumilikdə 2 800 manat cərimələyib.Cərimələnənlər arasında Gəncə təmsilçisi də var.Sentyabrın 4-də keçirilən "Kəpəz" – "Şamaxı" matçında gəncəlilərin 6, qonaqların isə 4 futbolçusu sarı vərəqə aldığı üçün hər iki klub 700 manat cərimələnib.Sentyabrın 6-da baş tutan "Turan Tovuz" – "Sumqayıt" görüşündə də analoji hal yaşanıb. Meydan sahiblərinin 5, sumqayıtlıların 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klublara 700 manat cərimə kəsilib.
08 sentyabr 2026

