ADY: Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemi yenilənib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı-Böyük Kəsik dəmir yolu xəttinin Tovuz stansiyası və Soyuqbulaq-Salahlı sahəsində enerji sistemini yeniləyib.Ağstafa stansiyasında isə işlər tamamlanma mərhələsindədir.Yenilənmiş kontakt şəbəkə sayəsində enerjidən səmərəli istifadə, hərəkət təhlükəsizliyi və sürətinin yüksəldilməsi, sərnişin və yük həcminin artırılması təmin ediləcək.
18 iyun 2026

