ADY-nin bir neçə şirkətə qarşı işgüzar münasibətləri qanunsuz yolla qəsdən pozduğu aşkar edilib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə “Azərbaycan Dəmir Yolları” infrastrukturu vasitəsilə fəaliyyətini həyata keçirən bir neçə şirkətdən müraciətlər daxil olub. Müraciətlərdə QSC tərəfindən şirkətlərə qarşı haqsız rəqabətə və ayrı-seçkiliyə yol verildiyi, eləcə də bazar subyektləri ilə əməkdaşlıqdan əsassız olaraq imtina edildiyi bildirilib. Dövlət Xidmətindən verilən məlumata görə, araşdırma aparılıb. “Azərbaycan Dəmir Yolları” barəsində antiinhisar qanunvericiliyinə əsasən iş qaldırılıb.
Vüsalə Cənnətova