ADY bayram günlərində əlavə qatar reysləri təyin edib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar 27, 28, 29, 30, 31 mayda sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Qəbələ-Bakı və Bakı-Ağstafa-Bakı marşrutları üzrə əlavə reysləri təyin edib.Bakıdan Ağstafaya gedən qatar saat 08:30-da yola düşəcək, Ağstafadan Bakıya geri dönüş isə saat 17:20-da baş tutacaq.
13 may 2026

