ADPU ikili diplom proqramı üzrə magistr hazırlayacaq
2020-01-31 18:00
“2020-2021-ci tədris ilindən etibarən Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə Amerika Birləşmiş Ştatlarının Corc Vaşinqton Universiteti arasında ikili diplom proqramı həyata keçiriləcək. Proqram çərçivəsində sözügedən universitetdə magistratura pilləsinə qəbul aparılacaq. Abituriyentlər qəbul üçün ilk olaraq Dövlət İmtahan Mərkəzi, daha sonra Corc Vaşinqton Universiteti tərəfindən təşkil edilən imtahanlarda iştirak etməlidirlər. İlk mərhələdə isə 25 tələbənin qəbulu reallaşacaq.
Fərid Mehdiyev