Adil Kərimli Mədəniyyət Nazirliyinin kitabxanaları bağlamasına dair iddiaları rədd edib
Azərbaycanda mövcud kitabxana şəbəkəsi əhalinin yalnız 35 faizinin tələbatını ödəyir. Bu barədə mədəniyyət naziri Adil Kərimli Milli Məclisdə keçirilən ictimai müzakirədə məlumat verib. Nazirin sözlərinə görə, əsas məqsəd ölkə əhalisinin 95 faizinin kitabxanalara əlçatanlığını təmin etmək, gələcəkdə isə bu göstəricini 100 faizə çatdırmaqdır. Adil Kərimli həmçinin kitabxanaların bağlanması ilə bağlı iddiaları təkzib edərək bildirib ki, kitabxanalar dövlət üçün prioritet sahələrdən biridir. Onun sözlərinə görə, nazirlik dünya standartlarına uyğun yeni kitabxana modeli üzərində işləyir və fondların daha faydalı nəşrlərlə zənginləşdirilməsinə xüsusi diqqət yetirir.
10 iyun 2026

