Adil Şükürov: məqsədimiz Gəncə futbolunu düşdüyü durumdan çıxarmaqdır
“Hədəfimiz komandanı Premyer Liqada saxlamaqdır”. “Kəpəz”in yeni baş məşqçisi Adil Şükürov Gəncənin ona yad olmadığını da deyib. Burada futbol oynamışam, camiəni tanıyıram. Ümumi tapşırığımız Gəncə futbolunu düşdüyü durumdan çıxarmaqdır. Kimsə işimizə mane olmağa çalışacaqsa, ona, ümumiyyətlə, fikir verməyəcəyik” - 46 yaşlı mütəxəssis bildirib. A.Şükürov qış fasiləsində yeni transferlər olacağını da gizlətməyib: "Qış fasiləsində heyətdə müəyyən dəyişikliklər olacaq, komandaya yeni futbolçular cəlb ediləcək. Hazırkı kollektivi tam tanıdıqdan sonra bu barədə qərar verəcəyik” - deyə mütəxəssis qeyd edib. Adil Şükürov ötən gün “Kəpəz”lə 2 illik müqavilə bağlayıb.
Emin İsazadə