ADAU ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Dövlət Aqrar Universiteti ilə Gəncə Voleybol Klubu arasında əməkdaşlıq memorandumu imzalanıb.Memoranduma əsasən tərəflər tələbələrin voleybola cəlbi, birgə turnir, seminar və təlimlərin təşkili, sağlam həyat tərzinin təşviqi və idman infrastrukturlarından qarşılıqlı istifadə istiqamətində əməkdaşlıq edəcək. Sənəddə tələbə-idmançıların təcrübə və könüllülük proqramlarına qoşulması, klubun ev oyunlarında azarkeş dəstəyinin təşkili və sosial layihələrin həyata keçirilməsi də nəzərdə tutulub.
13 may 2026

