ADAU-da yanğın hadisəsi baş verib
Bu gün saat 12.04 radələrində Azərbaycan Dövlət Aqrar Universitetində yanğın hadisəsi baş verib. Ali təhsil müəssisəsinin Mühəndislik korpusunun zirzəmisində, kitabxanada qeydə alınan alov ilkin ehtimala görə qısaqapanmadan baş verib. 20 kv metr hissə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 6 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Alov söndürülüb.